Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.18 may ölkəmizdə də karantin rejiminin yumşaldılması ilə əlaqədar muzeylər və sərgilər də fəaliyyətlərini yenidən davam etdirəcək. Ötən illərdə mayın 18 və 19-u bir çox muzeylərdə açıq qapı günü təşkil olunur və giriş tam pulsuz olurdu. Bu il isə belə bir qərarın verilib verilməyəcəyini bilmədiyim üçün oxuculara karantindən çıxış gününü daha səmərəli keçirmələri məqsədi ilə Bakıda fəaliyyət göstərən Milli Tarix Muzeyi barədə məlumat verəcəyəm. Giriş pulsuz olarsa nə əla, olmazsa da qiymətlərini bu postdan öyrənib rahatlıqla gedə bilərsiniz.
Hacı Zeynalabdin Tağıyev 4- küçəsində (“Sahil” metrosuna yaxın) yerləşən bu muzey 1920-ci ildə yaradılıb. Muzey əvvəllər isə Hacı Zeynalabdin Tağıyevin evi olmuşdur. Hal- hazırda muzeydə qədim dövrdən , ən yeni dövrün tarixinə kimi müxtəlif eksponatlar təqdim olunan 6 şöbə fəaliyyət göstərir. Muzeydə arxeologiya fondu, numizmatika fondu, etnoqrafiya fondu, silahlar və bayraqlar fondu, neqativ fond və s. fəaliyyət göstərir.
Muzeyin istirahət günü bazar ertəsidir. Muzeyə giriş məktəblilər və tələbələr üçün 2 manat, böyüklər üçün isə 10 manat təşkil edir. Əgər bələdçiyə ehtiyacınız olarsa, bu bilet qiymətində əlavə olaraq 5-10 nəfərlik qrup ilə gedirsinizsə 3 manat, tək özünüzə bələdçi istəyirsinizsə – 10 manat təşkil edəcəkdir. Hər ayın ilk çərşənbə günü məktəblilər, tələbələr və təqaüdçülər üçün muzeyə giriş pulsuz olur. Qeyd edim ki, məktəbəqədər uşaqlar üçün giriş hər zaman pulsuzdur.
Paylaşdığım ilk post sizin üçün maraqlı gəldisə, növbəti paylaşımda bu muzeyə gedərək daha ətraflı və maraqlı şəkillərlə dolu bir post hazırlaya bilərəm.
Hazırladı: Tünzalə
Yorumlar
Yorum Gönder